...

Azərbaycanı təmsil edəcək yığmanın tərkibi hələ təyin olunmayıb

Cəmiyyət Materials 10 İyul 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Avqustun 30-dan sentyabrın 3-nə kimi Bakıda "Nə? Harda? Nə vaxt?" oyunu üzrə 3-cü Beynəlxalq Kubok yarışları keçiriləcək. Bəs Azərbaycan yığmasını bu turnirdə kim təmsil edəcək? Məhz bu sualla "TrendLife" game.az prodüsser mərkəzinin rəhbəri Balaş Qasımova müraciət etdi. "Mən hələ heç nə deyə bilmərəm. Çünki komandalar hələ təyin olunmayıb. Bu turnirdə Azərbaycanı kim təmsil etməlidirsə, onu "Atəşgah" klubunun prezidenti İlkin Yetirmişli seçəcək" - deyə o qeyd etdi.

Xəbər lenti

Xəbər lenti