...

Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının tarixi müəyyənləşib

Cəmiyyət Materials 10 İyul 2007 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2007-2008-ci il tədris ili üçün Azərbaycan ali məktəbləri? orta ixtisas və xüsusi təhsil məktəblərinə qəbul imtahanlarının tarixini elan edib. Dövlət Komissiyasından verilən məlumata görə, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 17-də keçiriləcək. Bu qrupun abituriyentləri imtahana buraxılış vərəqəsi və abituriyent vərəqəsini sənədlərini təqdim etdikləri Sənəd Qəbulu Komissiyalarından (SQK) iyulun 14, 15 və 16-da ala bilərlər.

I ixtisas qrupu, həmçinin ali hərbi məktəb və liseylərə qəbul imtahanı iyulun 22-də keçiriləcək. Abitiuriyentlər imtahana buraxılış vərəqəsi və abituriyent vərəqəsini SQK-dan iyulun 19, 20 və 21-də ala bilərlər.

TQDK-nın məlumatına görə, II ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 27-də keçiriləcək. Abituriyentlər imtahana buraxılış vərəqəsi və abituriyent vərəqəsini sənədlərini bilavasitə təqdim etdikləri SQK-dan iyulun 24, 25 və 26-da ala biləcəklər.

IV ixtisas qrupu və 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı iyulun 31-də keçiriləcək. Abituriyentlər imtahana buraxılış vərəqəsi və abituriyent vərəqəsini SQK-dan iyulun 28, 29 və 30-da ala bilərlər.

Sənədləri almaq üçün abituriyentlər SQK-ya şəxsiyyət vəsiqəsi və sənədlərinin verilməsi haqqında qəbzi təqdim etməlidirlər.

TQDK-dan bildirilib ki, cari ildə ali məktəblərə qəbul olunmaq üçün verilən ərizələrin sayı 106806-dır (ötən il - 105537). I ixtisas qrupu üzrə 8238 plan yerinə 33501, II ixtisas qrupu üzrə 7270 plan yerinə 17969, III ixtisas qrupu üzrə 8665 plan yerinə 41242, IV ixtisas qrupu üzrə 3291 plan yerinə 14094 ərizə verilib.

Xəbər lenti

Xəbər lenti