...

Azərbaycan meteoroloqları Qafqazda rəqəmsal modellərin proqnozlaşdırılması imkanları ilə bağlı işgüzar görüşdə iştirak edəcəklər

Cəmiyyət Materials 11 İyul 2007 11:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia / Azərbaycan meteoroloqları iyulun 10-da Dünya Bankının Tbilisi ofisində keçiriləcək "Qafqazda rəqəmsal modellərin proqnozlaşdırılması imkanları" ilə bağlı ikigünlük işgüzar görüşdə iştirak edəcəklər. Gürcüstanın Ətraf Mühitin və Təbii Resursların Mühafizəsi Nazirliyindən verilən məlumata görə, havanın proqnozlaşdırılmasının regional rəqəmsal modeli (LAM) ilk dəfə olaraq Zaqafqaziyada tətbiq olunacaq.

Görüşdə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin monitorinq və proqnozlaşdırma mərkəzinin əməkdaşları, Azərbaycanın, Rusiya və Ermənistanın hidrometeorologiya xidmətinin nümayəndələri, Almaniya və Hollandiyadan ekspertlər iştirak edəcəklər.

Pilot layihə Gürcüstanda həyata keçiriləcək. LAM regionun ortoqrafik və iqlim şəraitini nəzərə alaraq Cənubi Qafqaz ölkələri üçün yaradılan qısamüddətli proqnozun Amerika modelidir.

Ekspertlər bildirirlər ki, layihənin həyata keçirilməsi proqnozlaşdırmanın keyfiyyətini artıracaq və beynəlxalq standartlara yaxınlaşmağa imkan verəcək. Amerika standartlarının tətbiq edilməsi Gürcüstanın bütün şəhərlərində, rayon mərkəzləri və kəndlərində havanı düzgün proqnozlaşdırmağa şərait yaradacaq. Nazirlikdən verilən məlumatda belə deyilir.

Xəbər lenti

Xəbər lenti