...

Azərbaycan boksçuları Minskdə keçiriləcək turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 11 İyul 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks üzrə yığması iyulun 10-da Minskdə keçiriləcək böyük beynəlxalq turnirdə iştirak edəcək. Milli Federasiyadan verilən məlumata görə, kollektivin tərkibinə Məhəmməd Əhmədov ( 48 kq), Rahim Nəcəfov ( 51 kq), Namiq Hüseynov ( 54 kq), Aslan Bayramov ( 69 kq), Zaur Teymurov ( 81 kq), Anar Mirzəyev ( 91 kq) və Azər Məmmədov (+ 91 kq) daxildir. Belarusiyaya yığmanın yüksək yerlərə və bir neçə mükafata iddia edə bilən inkinciləri gəndərilib. Bu arada yarışda həmçinin Moldova, Rusiya, Ukrayna və digər ölkələrdən olan dəri əlcək ustaları iştirak edəcəklər.

Yığmanın liderləri hazırda Kiyevdə təlim-məşq toplanışındadırlar, bu toplanışın yekunu olaraq beynəlxalq turnir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti