...

Mətbuat Şurasının sədri həbsdə olan jurnalistlərlə görüşüb

Cəmiyyət Materials 11 İyul 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalistlərlə - "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit və "Noto-bene" qəzetinin müxbiri Fərəməz Allahverdiyevlə görüşüb. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Amaşovun özü məlumat verib. Onun sözlərinə görə, görüşün məqsədi jurnalistlərin sağlamlığı və saxlanma şəraiti ilə tanışlıq, eyni zamanda milli mətbuatın 132-ci ildönümü ərəfəsində Mətbuat Şurasının bu qəbildən olan şəxslərin əfvi ilə bağlı ölkə prezidentinə ünvanlayacağı müraciətə onların münasibətini öyrənmək olub. Söhbət əsasında onların hər ikisi Şuranın bu niyyətini müsbət qiymətləndirib.

Bir müddət əvvəl MŞ-ya 11 saylı cəzaçəkmə müəssisəsinin aclıq edən məhkumları Məhəmmədəli Qəribov, Nizamı Hacıyev və Bayram Əliyevin imzaları ilə müraciət daxil olmuşdu. Müraciətdə hər üç şəxs jurnalist olduqlarını, peşə fəaliyyətinə görə həbsə alındıqlarını, media təmsilçilərinin əfvi ilə bağlı hazırlanacaq siyahıya adlarının salınmasını xahiş ediblər. Amaşov həmin şəxslərlə də görüşüb. Görüşdən sonra onlar aclığı dayandırıblar.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti