...

Minadan zərər çəkənlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə faizsiz kreditlərin verilməsi layihəsi hazırlanıb

Cəmiyyət Materials 11 İyul 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Minadan zərər çəkənlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə onlara faizsiz kreditlər veriləcək. Bu barədə "Ocaq" Humanitar Birliyinin sədri Şahin Ramazanov məlumat verib. Onun sözlərinə görə, faizsiz kreditlərin verilməsi layihəsi artıq Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) təqdim olunub.

Lahiyə barədə müsbət rəy də alınıb. Layihənin ilkin mərhələdə dəyəri 200 min dollardır. İlkin mərhələdə 100 ailənin hər birinə 2000 dollar məbləğində 2-3 illiyə kreditlərin verilməsi nəzərdə tutulur.

Ramazanovun sözlərinə görə, layihəni maliyyələşdirməkdə beynəlxalq fondlar maraqlıdırlar. Layihənin uzunmuddətli olması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti