...

Azərbaycanın Səhiyyə Nazirliyi və TİKA əməkdaşlıq protokolu imzalayıb

Cəmiyyət Materials 11 İyul 2007 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ korr. Trend S.Babayeva/ Çərşənbə axşamı Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlığı (TİKA) və Azərbaycanın Səhiyyə Nazirliyi arasında əməkdaşlıq protokolu imzalanıb.

Çərşənbə axşamı nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev və TİKA başqanı Hakan Fidan tərəfindən "Sümük İliyi Transplantasiyası Mərkəzinin Qurulması və İşlədilməsi layihəsinə dair" adlı sənəd imzalanıb.

Hazırda ölkə əhalisinin 8%-i talassemiya xəstəliyinin daşıyıcısıdır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda Bakı şəhərində müasir tələblərə tam cavab verən Talassemiya Mərkəzi inşa edilir. Səhiyyə Nazirliyi Talassemiya Mərkəzini müasir avadanlıqla təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayırıb.

Avadanlıqların alınması və qurulması Simens şirkətinə tapşırılıb.

Talassemiya Mərkəzinin sümük iliyinin transplantasiyası şöbəsi TİKA-dan pulsuz avadanlıq alacaq.

Xəbər lenti

Xəbər lenti