...

Vəkillər Kollegiyasının üzvlüyünə 241 hüquqşünas tövsiyə olunub

Cəmiyyət Materials 12 İyul 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Vəkilliyə qəbul üçün imtahanlarda müvəffəqiyyət qazanmış namizədlərlə müsahibə yekunlaşıb. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov cümə axşamı Trend ə bildirib ki, müsahibəyə buraxılmış 299 namizəddən 241-i vəkilliyə qəbul üçün tövsiyə olunublar. 2 namizəd isə üzürlü səbəbdən söhbətdə iştirak etməyib. Həmin səbəblər aradan qaldırılandan sonra onlarla da söhbət aparılacaq. Nəcəfovun sözlərinə görə, müsabiqədə uğur qazanmış və vəkilliyə tövsiyə olunmuş şəxslər avqustdan başlayaraq Vəkillər Kollegiyasına üzv qəbul olunacaqlar. Sədr müavini bildirib ki, payız aylarında vəkilliyə yenidən sənəd qəbulu elan olunacaq.

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdı. Azərbaycan Vəkillər Kollegiyasının 547 üzvü var. Yeni namizədlər Kollegiyaya üzv qəbul olunandan sonra Azərbaycanda vəkillərin sayı 800-ə çatacaq. Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Xəbər lenti

Xəbər lenti