...

Azərbaycanın basketbol üzrə yığması Avropa birinciliyinə hazırlığı başa çatdırır

Cəmiyyət Materials 12 İyul 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx . Trend Z.Səfərov/ Azərbaycanın gənclərdən ibarət basketbol yığması iyulun 14-də C divizionunda Avropa birinciliyində iştirak etmək üçün Kardifə yollanacaq.

Trend in verdiyi məlumata görə, birinci görüş çərçivəsində yığma ev sahibələri ilə oynayacaq, sonra isə Andoraya qarşı çıxış edəcək. Aydındır ki, yığma kifayət qədər çətin altqrupa düşüb, belə ki, andoralılar yarışın potensial qalibləridir və doğma divarlar faktoru onların oyununa müsbət təsir göstərə bilər.

Yarışın reqlamentinə uyğun olaraq, altqrupda birinci yeri tutacaq komanda birinci üç yer uğrunda digər iki qrupun qalibləri ilə oynayacaq, ikinci mövqedə dayanan kollektiv isə dördüncü və altıncı yer uğrunda mübarizə aparacaq və s.

Qeyd edək ki, Kardif turnirinə hazırlıq çərçivəsində yığma Trabzonda keçirilən Qara dəniz ölkələrinin oyunlarında iştirak edib.

Xəbər lenti

Xəbər lenti