...

Tezliklə Azərbaycan mahnılarını da karaoke altında oxumaq mümkün olacaq

Cəmiyyət Materials 12 İyul 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Bu yaxınlarda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi maraqlı bir layihəni sona çatdıracaq. Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, layihə "Sevimli mahnılar" adlanır.

Hazırda karaoke oxumaq çox populyardır. Hər bir kəs sevimli mahnılarını oxumaq üçün klublarda, bəziləri isə evlərində xüsusi olaraq qurğular düzəldirlər. Azərbaycan mahnılarını tanıtmaq məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi 100 mahnıdan ibarət disk hazırlayır. Ora həm xalq, həm də bəstəkar mahnıları aiddir. Tezliklə bu disk hazır olacaq. Hazırda sonuncu mahnı yazılır.

Xəbər lenti

Xəbər lenti