...

Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri Baş İdarəsinin rəisi Penitensiar Xidmətin rəis müavini təyin olunub

Cəmiyyət Materials 12 İyul 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri Baş İdarəsinin rəisi Hüseyn Əlixanov Penitensiar Xidmətin rəis müavini təyin olunub. Bu barədə Trend ə cümə axşamı Əlixanov məlumat verib. Penitensiar Xidmətdən isə bildirilib ki, Mahir Musayev, Nizaməddin Cəlilov və Hüseyn Əlixanov rəis müavinləri kimi təsdiq olunublar..

Penitensiar Xidmətin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərov Trend ə sonuncu müsahibəsində yaxın günlərdə Penitensiar Xidmətin strukturunun təsdiq olunacağını bildirmişdi.

Ələkbərovun sözlərinə görə, ədliyyə nazirinin sədrliyi ilə kollegiya iclasında bu məsələyə baxılıb. Yaxın günlərdə əmr imzalanacaq. İlk növbədə Penitensiar Xidmətin Baş İdarəsinin strukturu təsdiqlənəcək. Penitensiar Xidmətdə 300-dən artıq ştat artırılıb. Bir neçə ştat da ehtiyatda saxlanılacaq. Mərkəzi Aparatda isə yeni şöbələr, idarələr yaranacaq. Ona görə də Mərkəzi Aparatda 15 ştat artırılacaq.

Ədliyyə Nazirliyinin Məhkəmə qərarları və məhkəmə icraçıları Baş İdarəsinə isə hələlik yeni rəhbər təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti