...

"Karvan"da "Taclı Miss" seçildi

Cəmiyyət Materials 12 İyul 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Dünən gecə "Karvan" şadlıq sarayının səhnələrində baş verən biabırçılığı sizinlə bölüşmək istərdim. "Little miss" müsabiqəsinin təşkilatçıları vaxtilə Səbinə Hüseynova ilə qalmaqal yaradan insandır. Sadəcə onun adı indi çəkilir. Bəli, məhz Zamir - özünü moda Assosiyasiyasının prezidenti adlandıran şəxs bu tədbiri keçirirdi. Mən "Karvan"a gəldiyimdə düşünmürdüm ki, belə bir səhnənin şahidi olaram. Gördüklərim məni dəhşətə gətirdi. Masaların üstü bomboş idi. Yox, yəni demək istəyirəm, masalar qabla dolu idi. Adi mineral sular belə yox idi. Buna baxmayaraq müsabiqədə 4-15 yaş arasında olan 20 uşaq və onların qohum-yaxınları iştirak edirdi. Mən hələ bu müsabiqəyə 6 manat verib baxmağa gələnlərdən danışmıram.

Mən, əlbəttə, başa düşürəm ki, gözəl olmayan xanım və uşaq olmur. Öz növbəmdə oturub gözləyirdim, bu dəhşət nə vaxt bitəcək. Ondan başlayım ki, bəzi uşaqlar məndən boyda bir az balaca idilər. Hələ uşaqkən basketbola getmişəm. Bundan başqa müsabiqənin bəzi iştirakçıları sanki küçədən, bağdan gəlmişdi. Belə ki, gündəlik geyimlərdə idilər. Onların valideynləri nəyə arxayın idilər, mən başa düşmürdüm. Mənə inanmırsız, videoçəkilişə, fotolara baxın. Mənim haqlı olub-olmadığımı deyin. Tədbirin sonunda hamıya "Elli" jurnalı və diplomlar hədiyyə edildi. Qalibə isə tac hədiyyə etdilər. Hərçənd k, onu çətin balaca adlandırasan. Bizə isə təəssüflənmək qalır. Ona görə ki, belə müsabiqələr elə insanların əlindən gəlib-keçir.

Xəbər lenti

Xəbər lenti