...

"Bakı xəbər" qəzetinin baş redaktoru: "Yaxın günlərdə qəzetin nəşrini bərpa edəcəyik"

Cəmiyyət Materials 12 İyul 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Səbail rayon məhkəməsi "Bakı-Xəbər" qəzetinin şikayəti üzrə çıxardığı qərar qəzetin baş redaktoru Aydın Quliyevi qane etməyib. Bu barədə Aydın Quliyev özü açıqlama verib.

Cümə axşamı hakim Alim Namazovun sədrliyi ilə Səbail rayon məhkəməsində keçirilən məhkəmə prosesində qəzetin baş redaktor Quliyevin Apellyasiya Məhkəməsinin 9 fevral tarixli qərarı ilə bağlı təkrar müraciətinə baxılıb. Məhkəmənin qərarına görə, "Bakı xəbər"ə əvvəlki məhkəmə baxışları zamanı kəsilmiş 20 milyon manat cərimə bir il ərzində ödənilməlidir.

2005-ci ilin dekabrında Səbail rayon məhkəməsi Ucar rayon İstehlak Cəmiyyəti sədrinin iddiası əsasında "Bakı xəbər" qəzetini 20 milyon AZM məbləğində cərimələyib. 2007-ci ilin fevralında iddiaçı apellyasiya şikayəti verərək məbləğin hamısının eyni vaxtda ödənməsini tələb edib və Apellyasiya Məhkəməsi iddianı təmin edib. Baş redaktor isə cərimənin hissə-hissə ödənməsi üçün Səbayel rayon məhkəməsinə müraciət edib.

Bank hesablarının dondurulması səbəbindən mayın 30-da "Bakı xəbər"in nəşri dayandırılıb.

Quliyev bildirib ki, Səbail rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək. Həmçinin çətinliklərə baxmayaraq, qəzet yaxın günlərdə nəşrini bərpa edəcək: "Bir il ərzində 20 milyon manatı ödəmək o deməkdir ki, biz hər ay təxminən milyon yarım pul verməliyik. Bu da maliyyə baxımından çox çətindir. Buna baxmayaraq, çox güman ki, nəşrin bərpa edilməsinə qərar verəcəyik" - deyə baş redaktor bildirib.

Xəbər lenti

Xəbər lenti