...

"Yaqubov və Co" şirkətinin rəhbəri iyulun sonunda Bakıya gələcək

Cəmiyyət Materials 13 İyul 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Yaqubov və Co" piyar şirkətinin rəhbəri Aleksandr Yaqubov iyulun sonunda Azərbaycanın peşəkar boksçusu Əli İsmayılovun malik olduğu WBO-Latino titulunun müdafiəsi uğrunda döyüşün keçirilməsi imkanlarını müzakirə etmək məqsədilə Bakıya gəlməyi planlaşdırır.

Trend agentliyinə idmançının özünün verdiyi məlumata görə, Yaqubov layihənin gələcək sponsorları ilə ilkin danışıqlar aparıb və razılıq əldə edib. "İndi isə tədbirin smetasını təsdiq etmək, lazımi sənədləri imzalamaq və oktyabrın əvvəlinə təyin olunmuş döyüşə hazırlığı başlamaq qalır" - deyə İsmaylov bildirib.

Dəri əlcək ustası həmçinin qeyd edib ki, Yaqubov peşəkar boks gecəsinin keçiriləcəyi planlaşdırılan Heydər Əliyev adına idman konsert kompleksinə baş çəkmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti