...

"Xəzər" futbol klubunun keçmiş kapitanı "MTK-Araz"ı gücləndirə bilər

Cəmiyyət Materials 13 İyul 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ UEFA kubokunda debütə hazırlaşan "MTK-Araz" futbol klubu heyətini "Xəzər" yığmasının keçmiş kapitanı Mahmud Qurbanovla gücləndirmək niyyətindədir. İmişlililər Azərbaycan çempionları tərəfindən transferə qoyulan təcrübəli yarımmüdafiəçiyə böyük maraq göstərirlər və onu öz yığmalarında görmək istəyirlər. Tərəflər artıq danışıqlara başlayıblar və mümkündür ki, vaxtilə yığmanın əsas oyunçularından olan Qurbanov yeni mövsümə İqor Nakoneçnovun rəhbərliyi altında başlayacaq.

Ölkə kuboku finalçısı Polşanın "Qroslin" yığmasına qarşı mübarizə aparacağı UEFA kubokuna hazırlıq tədbirləri çərçivəsində Krımda təlim məşq toplanışındadır və burada yığma sınaq görüşləri keçirir.

Xəbər lenti

Xəbər lenti