...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyanda qanvermə kampaniyası keçirilib

Cəmiyyət Materials 13 İyul 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Heydər Əliyev Fondunun, Qafqaz Müsəlmanlar İdarəsinin və "Savab dünyası" Talessimiyalı Xəstələrə Yardım Assosiyasının təşəbbüsü ilə Salyandakı Hacı Tağı məsçidində cümə günü könüllü qanvermə kampaniyası keçirilib. "Savab dünyası" Asossiyasiyası prezidentinin dini işlər üzrə müavini Elşən Məhərrəmovun dediyinə görə, analoji tədbirlər vaxtaşırı olaraq cümə günləri rayonlarda, qalan günlər isə Bakıda keçirilir. Salyanda artıq üçüncü ildir ki bu cür aksiya keçirilir. Qanvermə kampaniyasında 100 Salyan sakini hər biri 200-400 qr könüllü qan verib.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti