...

Azərbaycan Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı dövlət başçısına müraciət etdi

Cəmiyyət Materials 13 İyul 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı cümə günü dövlət başçısı İlham Əliyevə müraciət edib. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Şuranın İdarə Heyətinin cümə günü keçirilən iclasında milli mətbuatın 132-ci ildönümü münasibətilə görüləcək işlər müzakirə edilib. Qərara alınıb ki, iyulun 19-da ənənəvi qəbul mərasimi keçirilsin. Həmin gün həmçinin Mətbuat Şurasının yeni ofisinin açılış mərasimi olacaq.

Eyni zamanda həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanacaq müraciətə adları daxil ediləcək şəxslər dəqiqləşdirilib. Onlar yeddi nəfərdir - "Nota-bene" qəzetindən Fərəməz Allahverdiyev, "Sənət" qəzetindən Samir Hüseynov və Rafiq Tağı, "Azadlıq" qəzetindən Sakit Zahidov, "Müxalifət" qəzetindən Rövşən Kəbirli, Yaşar Ağazadə, "Gündəlik Azərbacyan"-"Realnıy Azerbaydjan" qəzetlərindən Eynulla Fətullayev.

Həmçinin məhbus həyatı yaşayan "Lider-media" qəzetinin sabiq baş redaktoru Məhəmədəli Qəribov və redaktoru Nizami Hacıyevlə bağlı yenidən araşdırma aparılması üçün müvafiq müraciətin göndərilməsi razılığına gəlinib.

Xəbər lenti

Xəbər lenti