...

Qrossmeyster Teymur Rəcəbov Eduard Dubov reytinqində 9-cu yerdədir

Cəmiyyət Materials 14 İyul 2007 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İsveçrə sistemi üzrə FIDE Komissiyasının üzvü Eduard Dubovun növbəti reytinqində doqquzuncu yeri tutur.

Trend xəbər verir ki, bu cədvəldə şahmatçı rusiyalı Pyotr Svidler və Aleksandr Qrişuku, İsrail nümayəndəsi Boris Qelfand, İngiltərədən Maykl Adams, tezliklə Bil turnirində Teymurla rəqib olacaq macar Yudit Olqarı qabaqlayıb.

Teymurdan sonra Dortmund superturnirində beşinci yeri tutan Şəhriyar Məmmədyarov qərarlaşıb.

Reytinqdə Harri Kasparov liderlik edir, ondan sonrakı pillədə isə Vişvanatan Anand və Vladimr Kramnik qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti