...

"N-brother" qrupunun rəhbəri Namiq qardaşdan eksklüziv olaraq 777

Cəmiyyət Materials 14 İyul 2007 12:26 (UTC +04:00)
"N-brother" qrupunun rəhbəri Namiq qardaşdan eksklüziv olaraq 777

Azərbaycan, Bakı, 14 iyul /müx. "TrendLife" Tayfun Eloğlu/ Mistikaya görə yeddi rəqəmi bəzi insanlar üçün uğurlu sayılır. Lakn bu rəqəm "N-brother" qrupu üçün daha da uğurlu rəqəm oldu. Belə ki, 7 yaşları tamam olan qrupun 2007-ci il sentyabrın 7-də axşam saat 7-də solo konsertləri olacaq. Bu haqda eksklüziv olaraq Namiq qardaş "TrendLife"a məlumat verib: "Siz deyə bilərsiniz ki, bəs niyə 7? Axı qrupda 6 nəfərdir. Elə sirr bax bundadır. Mən sizi konsertə dəvət edirəm, gəlib orada yeddincinin kim olduğunu görərsiniz". Yeri gəlmişkən, bayram tədbirində nəinki yeni proqram, həmçinin vətənpərvər mövzuda çəkilmiş yeni klipləri də təqdim olunacaq. Həmçinin konsertə Türkiyənin məşhur qruplarından biri də dəvət olunacaq. Amma nədənsə Namiq qardaş bunu sirr olaraq saxladı. Biz elə düşünürük ki, bu qrup "Hersidir". Onu da qeyd edək ki, qrup bir həftəlik Qubaya, daha sonra isə üçgünlük Türkiyəyə səfər edəcək. Onlar Türkiyədə konsert proqramı ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti