...

Bakıda gənclər üçün ilk ekoklub açılıb

Cəmiyyət Materials 14 İyul 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend M.Kərimova / Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Əfsun Əhmədovun verdiyi məlumata görə, Ayna Sultanovanın abidəsi yerləşən rayondakı V.Korolenko adına mərkəzi şəhər kitabxanasının nəzdində gənclər üçün yeni ekoloji klub - "EKO" yaradılıb.

Onun sözlərinə görə, əhalinin ekoloji cəhətdən məlumatlandırılması beynəlxalq layihəsi çərçivəsində belə bir klubun Azərbaycanın bütün kitabxanalarında açılması planaşdırılır.

Əhmədov həmçinin bildirib ki, mayın sonunda Zaqatalada "Ekoloji tərbiyə və ekoloji problemlər: kitabxanaların rolu" mövzusunda konfrans keçirilib, bu tədbirin təşkil edilməsində təkcə respublikanın Mədəniyyət və Turizm Nazirliyi deyil, həmçinin RF-nin mədəniyyət və kinomotoqrafiya üzrə Federal Agentliyi, incəsənət, mədəniyyət və turizm işçilərinin hazırlanması üzrə Rusiya Akademiyası iştirak ediblər. Bu layihə çərçivəsində birinci konfrans ötən il RF-nin Bryanski vilayətində keçirilib.

Xəbər lenti

Xəbər lenti