...

Teleprodüsser Vado Karovin: "Televiziyaların maliyyə çatışmazlığına görə bəzi layihələr həyata keçmir"

Cəmiyyət Materials 16 İyul 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /müx.TrendLife Eldar Hüseynzadə/İndi yerli telekanallar üçün ən mühüm vaxt çatıb. Xarici kanallar bağlandıqdan sonra Azərbaycan proqramlarına baxmaq tələbatı artıb. Belə ki, yerli kanalların verilişləri yüksək səviyyədə olmalıdır.

Bəs bizim kanalların problemi nədir? Öz fikirləri ilə TrendLife-la bölüşən Vado Karovin bunları söylədi: "Yerli telekanalların ciddi maliyyə çətinlikləri var. Bu dekorasiaların tərtibatından hiss olunur. Məhz buna görə də bir çoxları Rusiya verilişlərinə baxmağa üstünlük verirlər. Rusiyada çox vaxt öz layihələri işləmir. Onlar da xaricilərdən nəsə götürüb ona bir az əlavələr edirlər, nəticədə maraqlı bir veriliş alınır. Azərbaycan tok-şousunda normal tamaşaçı yığmaq çox çətin olur. Digər ölkələrdə bunun üçün tamaşaçıya pul verirlər ki, səliqəli vəziyyətdə efirə çıxıb gedən proqramda öz fikirlərini bildirsinlər. Bizdə isə yoldan kimi gəldi seçirlər. Məhz buna görə də bizim tok-şoular axsayır".

.

Xəbər lenti

Xəbər lenti