...

Yazıçı İqor Revva: "Harri Potteri Cırtdandan da yaxşı tanıyırlar"

Cəmiyyət Materials 16 İyul 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Müx.TrendLife Eldar Hüseynzadə/Azərbaycanda bu gün uşaq ədəbiyyatı ağlamalı vəziyyətdədir. Baxmayaraq ki, uşaq ədəbiyyatı çox vacibdir. Uşaqları oxumağa meylləndirmək lazımdır. Bu məsələ ilə bağlı TrendLife-a fikrini bildirən İqor Revva belə dedi: "Bizim çap işinin inkişafı ilə bağlı problemimiz var. Çünki bizdə ümumi ədəbiyyat və uşaq ədəbiyyatı ayrıdır. Bir sözlə, belə bir şey Rusiya uşaq ədəbiyyatında da var. Orda Harri Potteri qoca Hottabıçdan və ya Buratinodan yaxşı tanıyırlar. Necə ki, bizdə də Harri Potter məhşur Cırtdandan üstündür. Məhz buna görə yazıçılarımıza yerli materiallar lazımdır. Əgər uşaq kitabı yazsalar belə, mütləq orda ingilis dilli ədəbiyyatların personajları olacaq".

Xəbər lenti

Xəbər lenti