...

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması mövsüm hazırlığına düzəlişlər edir

Cəmiyyət Materials 17 İyul 2007 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması mövsümün ikinci hissəsinə hazırlığa düzəlişlər edəcək və mövsümün ikinci hissəsində yığmanı Heydər Əliyev kuboku, Avropa qran-prisi və Avropa çempionatı kimi bir çox mühim yarışlar gözləyir. Milli Federasiyadan verilən məlumata görə, yığmanın avqust ayında baş tutacaq Heydər Əliyev kuboku ərəfəsində bir neçə turnirdə iştirakının mümkünlüyünə baxmayaraq, sınaq yarışlarında iştirakı sual altındadır. Məsələ ondadır ki, yığma yaxın günlərdə hər hansı bir starta rəsmi dəvət almayıb.

Hazırda kollektiv Qubada təlim-məşq toplanışındadır və buraya yığma Boris Yeltsin kubokunun keçirildiyi Yekaterinburqdan gəlib.

Xəbər lenti

Xəbər lenti