...

Dostluq Kuboku uğrunda növbəti oyun Sankt-Peterburqda baş tutacaq

Cəmiyyət Materials 17 İyul 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / "Xəzər"in iştirak edəcəyi Dostluq Kubokunun növbəti oyunu Sankt-Peterburqda baş tutacaq, bu baradə Rusiyanın Futbol Birliyinin prezidenti Vitaliy Mutko "Mayak" radiostansiyasına verdiyi müsahibədə birdirib. "Gələn ilin yanvar ayında turnir Piterdə keçiriləcək. Məsələ ondadır ki, bu tarixlərdə Moskvada "Olimpiyski"də topla hokkey üzrə dünya çempionatı keçiriləcək, başqa arenalarda oynamaq istəməzdik. Əvvəlcə biz Piterdə Qranatkin adına gənc yığmaların turnirini keçirəcəyik, daha sonra isə Dostluq Kuboku start götürəcək. Mən dəfələrlə MDB dövlətlərinin on beş Futbol Federasiyasının prezidentləri ilə görüşmüşəm və onlar məndən bu turniri heç kimə verməməyi, onu keçirməkdə davam etməyi xahiş edirlər. Onlar üçün bu nostalji hissidir. Belə yarışları hazırda yalnız Rusiya keçirmək iqtidarındadır. Biz turnirin formatı haqqında fikirləşəcəyik, danışıqlar hələ irəlidədir" - deyə Mutko bildirib.

Xəbər lenti

Xəbər lenti