...

Türkiyənin STV kanalının tezliyi üzrə müsabiqə elan olunub

Cəmiyyət Materials 17 İyul 2007 11:26 (UTC +04:00)
Türkiyənin STV kanalının tezliyi üzrə müsabiqə elan olunub

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Türkiyənin "Samanyolu" (STV) telekanalının yayımlandığı milli tezlik üzrə çərşənbə axşamından müsabiqə başlanıb. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, müsabiqə başa çatana qədər STV-nin yayımı davam etdiriləcək. Müsabiqə avqustun 17-də başa çatacaq.

MTRŞ-nın iyulun 11-də keçirilən iclasında Azərbaycanda Rusiyanın ORT telekanalının yayımının dayandırılması və STV-nin yayımlandığı milli tezlik üzrə müsabiqənin elan olunması barədə qərar çıxarılıb.

İclasda Şura üzvləri Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı aparılan hökumətlərarası danışıqları nəzərə alaraq, Rusiyanın "RTR-Planeta" kanalının yayımının daha bir ay uzadılmasını məqsədəuyğun hesab ediblər.

Nəzərdə tutulan müddətdə Azərbaycan televiziyasının Rusiya ərazisində yayımı təmin olunmasa, "RTR-Planeta"nın Azərbaycanda yayımının dayandırılması məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti