...

BQXK-nin nümayəndələri Ağdam istiqamətində əsir götürülən azərbaycanlıya baş çəkib

Cəmiyyət Materials 17 İyul 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri cəbhə xəttinin Ağdam istiqamətində əsir götürülən azərbaycanlıya baş çəkib. BQXK-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, qurumun Dağlıq Qarabağ ofisinin üzvləri iyulun 12-də əsirə baş çəkib, onun saxlanma şəraiti, psixoloji durumu ilə bağlı monitorinq aparıblar. BQXK-nin Azərbaycan nümayəndəliyi əsirin adını mətbuata açıqlamır. Nümayəndəlikdən bildirilib ki, əsirin kimliyi barədə müvafiq dövlət orqanlarına məlumatlar verilib.

Bu il iyunun 30-da cəbhə xəttinin Ağdam istiqamətində əsir götürülən azərbaycanlı özünü Ağdamın Üçoğlan kəndində məskunlaşan, 1972-ci ildə Şuşada doğulan Quliyev Səməndər Namaz oğlu kimi təqdim etmişdi.

Xəbər lenti

Xəbər lenti