...

Gəncə polisinin şöbəsi rəisinin ölümü ilə bağlı hökmdən apellyasiya protesti verilib

Cəmiyyət Materials 17 İyul 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi şöbəsinin rəisi İkram Xəlilovun ölümü ilə bağlı çıxarılan hökmdən apellyasiya protesti verilib. Apellyasiya Məhkəməsindən bildirilib ki, təqsirləndirilənlər Zabit Kazımov və Pərviz Məmmədovun barəsində çıxarılan məhkəmə hökmü ilə razılaşmayan prokuror cəzanın ağırlaşdırılmasını xahiş edir. İş üzrə çıxarılan hökmdən zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib.

Kazımov istintaqda Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə ittiham olunurdu. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə isə onun əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi il tövsif edərək Kazımovu 3 il müddətində azadlıqdan məhrum edib. Digər təqsirləndirilən Məmmədov isə 2 il şərti azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti