...

Azərbaycanlı boksçular Kiyevdə yeddi medal qazanıblar

Cəmiyyət Materials 18 İyul 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / Kiyevdə başa çatan beynəlxalq turnirin yekunlarına əsasən, Azərbaycanın boks üzrə yığması yeddi medal qazanıb.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin bildirdiyinə görə, ən yaxşı nəticəni Avropa çempionatının gümüş mükafatçısı Samir Məmmədov ( 54 kq) göstərib. O, finalda meydan sahibini məğlub edib. Öz çəki dərəcələrində ikinci yerləri Elçin Əlizadə ( 91 kq) və Farhad Acalov ( 64 kq) tutublar. İlk üçlüyü isə Ceyhun Əbiyev ( 48 kq), komandanın kapitanı Şahin İmranov ( 57 kq), Elşən İsmayılov ( 51 kq) və Emil Məhərrəmov ( 64 kq) qapadıblar.

Yarışdan öncə payızda Çikaqoda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə iki həftəlik təlim-məşq toplanışı keçirilib. Bu mundial lisenziya xarakterli olacaq.

Xəbər lenti

Xəbər lenti