...

Qarabağ müharibəsi iştirakçısının ölümündə təqsirli bilinən polislərə hökm oxunub

Cəmiyyət Materials 18 İyul 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qarabağ müharibəsi iştirakçısı Rasim Əlişovun ölümündə təqsirli bilinən Mingəçevir Şəhər Polis İdarəsinin 4 əməkdaşı barəsindəki məhkəmə prosesi yekunlaşıb. Çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend ə bildirilib ki, məhkəmənin hökmü ilə Mingəçevir Şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinin sabiq rəisi İlqar Abbasov və şöbənin əməkdaşı Ramiz Murquzov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - sabiq polis işçiləri Anar Həsənov və Elçin Musayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Musayev qərardan sonra məhkəmə zalından azadlığa buraxılıb.

Əlişovun ötən il iyulun 25-də Polis İdarəsinin binasında döyülərək öldürülməsindən sonra daxili işlər nazirinin əmri ilə orada xidməti təhqiqat aparılıb. Təhqiqatın rəyindən sonra nazir Ramil Usubovun əmri ilə idarənin cinayət-axtarış bölməsinin rəisi Abbasov tutduğu vəzifədən və daxili işlər orqanlarından, bölmənin əməliyyat müvəkkili Musayev tutduğu vəzifədən azad edilib, 3 nəfər polis əməkdaşına isə töhmət verilib.

Abbasov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərbə vurma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma), Musayev, Murquzov və Həsənov Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti