...

Faytonçu Nazim: "Yeni albomu necə adlandıracağımı bilmirəm"

Cəmiyyət Materials 18 İyul 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Tanınmış müğənni Nazim indi yeni albomu üzərində çalışır. Müğənninin "TrendLife"a verdiyi məlumata görə, albom sentyabr aylarında işıq üzü görməlidir. "Bu diskə yalnız lirik mahnılar daxildir. Oynamalı havalar olmayacaq. Ümumilikdə alboma 16-17 yeni mahnı daxildir. Lakin albomu necə adlandıracağımı bilmirəm. Hər şey üzlüyün dizaynından asılıdır" - deyə Nazim qeyd etdi.

Xəbər lenti

Xəbər lenti