...

Heykəltəraş Tokay Məmmədovun 80 illik yubileyidir

Cəmiyyət Materials 18 İyul 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Azərbaycanın xalq artisti, SSRİ Rəssamlar İttifaqının üzvü, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Tokay Məmmədovun bu gün 80 yaşı tamam olur. Bu münasibətlə "TrendLife" onu təbrik etdi.

"Rəsmi olaraq 80 illiyimi qeyd etməyəcəm. Bu gün kanalların birində böyük olmayan sənədli film nümayiş etdiriləcək. Səhv etmirəmsə, orada mənim yaradıcılığım çox gözəl əks etdirilib" - deyə yubilyar qeyd etdi. Onu da qeyd edək ki, yubilyar İkinci Dünya Müharibəsi veteranları üçün bürünc büst, həmçinin Sovet İttifaqı qəhrəmanları A.Quliyev, B.Mirzəyevin heykəl portretlərini, həmçinin Ömər Eldarovla birgə Azərbaycan Dram Teatrının binası önündəki Füzulinin heykəlini hazırlayıb.

Xəbər lenti

Xəbər lenti