...

Sabiq millət vəkili barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayətinə iyulun 24-də baxılacaq

Cəmiyyət Materials 18 İyul 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq millət vəkili Hüseyn Abdullayevin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə iyulun 24-də hazırlıq iclası keçiriləcək. Prosesə sədrlik edəcək hakim Rəsul Səfərov bu barədə Trend ə çərşənbə günü məlumat verib. İclasda Abdullayevin iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Abdullayev mayın 18-də Bakının Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq məhkəmə zalından azad edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün o, məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti