...

BOK Yeniyetmə Oyunları-2012-nin təşkili ilə bağlı Bakıya sorğu vərəqəsi göndərəcək

Cəmiyyət Materials 19 İyul 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) avqustun 6-da Azərbaycan MOK-una Bakıda 2012-ci ildə Yeniyetmələrin Oyunlarının təşkili ilə bağlı sorğu vərəqəsi göndərəcək.

allsport.ru saytının yaydığı xəbərə görə, məhz bu gün də BOK müraciət kampaniyasının başlanğıcını elan edəcək və bütün ölkələrin Milli Olimpiya komitələrinə sorğu vərəqəsi yollayacaq. Müraciətin verilməsi müddəti avqustun 31-də bitir. Seçim zamanı hazır infrastruktura malik şəhərlərə üstünlük veriləcək.

"Oktyabrın 26-dək BOK-a namizədin doldurulmuş anketini göndərmək lazımdır. Anketlərin əsasında noyabrın 12-də BOK ekspertləri üç finalçının adını açıqlayacaqlar. Dekabrın 3-dən 18-dək BOK Qiymətləndirmə Komissiyasının namizəd-şəhərlərə səfəri mümkündür. 2008-ci il yanvarın sonunda komissiyanın hesabatı təqdim olunacaq. Nəhayət, fevralın ortalarında BOK İcraiyyə Komitəsi öz qərarını verəcək. Namizəd-şəhərlərin təmsilçiləri nəticələrin elan olunmasına çağırılmayacaqlar. BOK onları müvafiq qərarla bağlı poçt vasitəsilə məlumatlandıracaq" - deyə BOK vitse-prezidenti Vitali Smirnov qeyd edib.

Xəbər lenti

Xəbər lenti