...

"Qarabağ"da oynayacaq Konqodan gələn yarımmüdafiəçiyə baxış keçirilir

Cəmiyyət Materials 19 İyul 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" futbol klubu yeni futbolçuları baxışdan keçirməkdə davam edir.

Klubun rəsmi saytının verdiyi məlumata görə, bu günlərdə baxış məqsədilə Konqodan Kabana Sita Abraxam gəlib. O, artıq komandanın digər üzvlərinə təqdim olunub. Kamerun klublarında çıxış etmiş 21 yaşlı oyunçu hazırda "Qarabağ"ın heyətində məşqlərini davam etdirir və baş məşqçi Rasim Kara afrikalı futbolçunu bir neçə yoxlama oyununda sınaqdan keçirmək niyyətindədir.

Əvvəllər kluba daha bir qaradərili oyunçu gəlib. Bu, liberiyalı İsaak Tuko Pupodur. Güman olunur ki, ağdamlılar onunla müqavilə imzalayacaqlar.

Xəbər lenti

Xəbər lenti