...

Dövlətə xəyanətdə təqsirləndirilən üç azərbaycanlı əsgərə hökm oxunub

Cəmiyyət Materials 19 İyul 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə təqsirli bilinən 3 əsgərə hökm oxunub. Məhkəmədən cümə axşamı Trend ə bildirilib ki, məhkəmənin hökmü ilə Elçin Əhmədov 14, Ağasəlim Səlimov 12, Ramin Məmmədağayev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Füzuli rayonunun Horadiz qəsəbəsindəki N saylı hərbi hissədə qulluq edən əsgərlər 2006-cı ilin iyul ayında erməni hərbçilərinə əsir düşüblər. Qısa müddət əsirlikdə olan əgərlərimiz erməni həbrçilərinin tapşırığına uyğun olaraq əsir düşmələri barədə müvafiq orqanlara məlumat verməyiblər. Əvəzində isə iyuldan oktyabradək dövlət əhəmiyyətli məlumatlar, o cümlədən hərbi sirlər toplayaraq dəfələrlə erməni hərbçilərinə tərəf keçiblər və məlumatları düşmənə ötürüblər. Milli Təhlükəsizlik Nazirliyi əsgərləri nəzarətə götürüb və yanvarın 11-də onlar həbs edilib.

Xəbər lenti

Xəbər lenti