...

Tbilisidə Cənubi Qafqaz ölkələri arasında trafikinqlə mübarizə ilə bağlı layihənin təqdimatı keçiriləcək

Cəmiyyət Materials 19 İyul 2007 16:22 (UTC +04:00)

Gürcüstan,Tbilisi/ müx. Trend N. Kirtsxalia/ Bu gün Tbilisidə Cənubi Qafqaz ölkələri üçün trafikinqlə mübarizəyə yönəlmiş genişmiqyaslı tədbirlərin işlənib hazırlanması ilə bağlı regional layihənin təqdimatı baş tutacaq. ATƏT-in Gürcüstandakı missiyasından verilən məlumata görə, layihə Gürcüstan, Azərbaycan və Ermənistanı əhatə edir.

İki il müddətinə nəzərdə tutulmuş üçtərəfli layihəni miqrasiya siyasətinin işlənib hazırlanması üzrə Beynəlxalq Mərkəzlə birlikdə Beynəlxalq Əmək Təşkilatı həyata keçirəcək. Layihənin məqsədi Cənubi Qafqaz ölkələrində trafikinqə qarşı mübarizədir. Layihənin təqdimat mərasimində ATƏT-in Gürcüstandakı missiyasının rəhbəri, səfir Roy Riv və Avropa Komissiyasının Gürcüstandakı nümayəndəliyinin rəhbəri vəzifəsini daşıyan Robert Lidel iştirak edəcəklər.

Layihənin təqdimatı bu gün saat 16:00-da "Tbilisi Merriorit" mehmanxanasında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti