...

Yaşıl Teatrın adı və kateqoriyası dəyişdirilməyib – Məmməd Hümbətov

Cəmiyyət Materials 19 İyul 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /müx.TrendLife Günel Əhmədova/Bu gün mətbu orqanlarda Yaşıl Teatrın adı və kateqoriyasının dəyişdirildiyi barədə yazılar yer alıb. Xəbərdə deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi teatrın kateqoriyasını sonuncu yerdən birinciyə qaldırıb. Yaşıl Teatrın əməkdaşı Məmməd Hümbətova istinad olunan yazıda bildirilir ki, teatrın adı dəyişdirilərək Konsert Kompleksi adlandırılıb. Eyni zamanda mədəniyyət ocağında konsert proqramları keçirməklə yanaşı, əyləncə tədbirlərinin təşkil edilməsinin mümkünlüyü barədə də xəbər verilib.

TrendLife-ın müxbirinin Məmməd Hümbətovla söhbəti zamanı məlum oldu ki, onun adına istinadən yazılan yazılar başdan-başa səhv informasiyadır. Yaşıl Teatrın adı və kateqoriyasının dəyişidirlməsi ilə bağlı informasiyanı təkzib edən Məmməd Hümbətov yaxın gələcəkdə də belə bir dəyişikliyin gözlənilmədiyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti