...

Müğənni İlhamə Quliyeva: "Röyaya mənəvi təzyiqlər olub"

Cəmiyyət Materials 19 İyul 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /müx.TrendLife Günel Əhmədova/Ötən axşam başa çatan "Azəristar" müsabiqəsinin final mərhələsində tamaşaçılar maraqlı səhnəyə tamaşa etdilər. Müsabiqəyə qonaq qismində qatılan müğənni Röya İlhamə Quliyeva ilə barışmaq üçün jest göstərdi və bu, uğurlu alındı.

Xatırladaq ki, bir il öncə telekanalların birinə müsahibəsində Röya İlhamə Quliyeva tərəfindən hədələndiyini bildirmişdi. Uzun müddət onların arasında əsən soyuq küləklər bəzən fırtınaya çevrildi. Bir-birinə kəskin ittihamlar söyləyən tərəflər günün birində barışdılar. Röya İlhamə xanımın primadonna titulu barədə söylədiyi fikirləri unutdu. İlhamə xanım isə onun səhvinin üstəndən xətt çəkərək "uşaqlığına bağışladım" dedi. Adından göründüyü kimi, barışıq mərasiminin ssenariləşdirilmiş şəkildə olduğu istisna deyil. Bu məsələyə aydınlıq gətirmək üçün TrendLife İlhamə Quliyevaya bir neçə sualla müraciət etdi:

- Barışığın olacağı barədə mətbuata məlumat verilmişdi. Siz necə, bundan xəbərdar idiniz?

- Qətiyyən yox. Heç nədən xəbərim olmayıb. Ola bilsin, Cenk İçten və digər uşaqların bu barədə xəbərləri olub? Lakin məni mləumatlandırmayıblar.

- Roya tərəfdən jest edilməsi sizin üçün gözlənilməz oldu?

- Barışmaq istədiyi barədə informasiyalar eşidirdim. Çünki dediklərinə peşiman olmuşdu, bunu hiss edirdim. Amma cəhd edə bilmirdi. Ötən axşam buna nail oldu. Bir məqamı diqqətinizə çatdırım ki, Röyanın həmin gecədə çıxışı üçün Cenk İçten mənim razılığımı alıb. Mən dedim, niyə də oxumasın. Röya istedadlı, tərbiləyi qızdı. Balam yaşında olduğu üçün onun vaxtilə dediklərinə əhəmiyyət verməmişəm. Bilirdim ki, peşimançılığını çəkəcək. Primadonna adına gəlincə, mən bu titulla doğulmamışam. Mən İlhamə Quliyevayam. Bunu mənə xalq verib. Röya da deyirdi ki, mən onu İlhamə xanım kimi sevirəm, Primadonna kimi yox.

- Sizcə, münasibətlərinizin kəskinləşməsində qara qüvvələrin rolu olub?

- Əlbəttə, olub. Bu işi vaxtilə quranlar olub. Röyaya mənəvi təzyiqlər göbstərirdilər ki, mənimlə deyişsin. Bunu başa düşub əhəmiyyət vermirdim. Amma o, bunu gec başa düşdü.

- Sizcə, təzyiqlər həmkarları tərəfindən olub, yoxsa...?

- Deyə bilmərəm. Bunu Röya bilir. Əsas odur ki, Röya səhvini başa düşüb. Bilib ki, məndən ona pislik keçməyib. Dəfələrlə o, mənim evimin qoğaı olub. Tez-tez bağıma gəlirdi. Bir süfrə araxsında onunla çörək kəsmişik. Oğlumun dostu olub. Münasibətlər indidən sonra da davam edəcək. Mən həmişə gənclərə dəstək olmuşam və olacağam. Röyanın səhvini bağışlayıb ona da hər zaman dəstəyimi göstərəcəyəm.

Bununla əlaqədar Roya ilə əlaqə yaratdıq. O, dünən etdiyi jestlərin heç də şou deyil, sırf ürəkdən gələn hisslər olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti