...

Azərbaycanın dövlət orqanlarındakı vakant vəzifələrə namizədlər müəyyən edilib

Cəmiyyət Materials 20 İyul 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ 15 dövlət orqanındakı vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş imtahanda uğur qazanmış namizədlərlə keçirilmiş söhbət başa çatıb. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan cümə günü Trend ə bildirilib ki, 96 namizədlə keçirilmiş söhbətin nəticələrinə görə, 26 nzazh iddia etdiyi vəzifəyə uyğun hesab edilərək təyin edilmək üçün dövlət orqanlarının rəhbərlərinə təqdim edilib. Maliyyə Nazirliyinə 6, İqtisadi İnkişaf Nazirliyinə 4, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə 3, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kominzcbyz 6, Səhiyyə Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Dövlət Sosial Müdafiə Fondu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Dövlət Statistika Komitəsinə hər biri 1 nəfər olmaqla işə qəbul üçün tövsiyyə olunub.

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə növbəti müsabiqənin avqustun ikinci yarısında elan olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti