...

"Bakı" klubu "qızıl dubl"a imza atmaq niyyətindədir

Cəmiyyət Materials 20 İyul 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan çempionatının bürünc mükafatçısı "Bakı" yeni mövsümdə "qızıl dubl"a imza atmaq niyyətindədir.

Komandanın baş məşqçisi Zeynal Məmmədovun bildirdiyinə görə, kollektiv Milli birinciliklə yanaşı kuboku da qazanmağı arzu edir. Ona görə də hər iki cəbhədə uğurla çıxış etməyə çalışır. "Biz yaxşı transferləri gerçəkləşdirdik. Axı kluba forvard Əhməd Ticani, müdafiəçi Boyan İliç və digər futbolçular gəlib. Üstəlik də "Bakı"da Leandro Qomeşlə Andre Ladaqa qaldı. Onlar son iki mövsümdə oyunumuzu müəyyənləşdiriblər" - deyə Məmmədov vurğulayıb.

O həmçinin qeyd edib ki, prioritetlərdən biri də Azərbaycan yığması üçün oyunçuların yetişdirilməsidir.

Xəbər lenti

Xəbər lenti