...

Müstəqil Azərbaycan Universiteti tələbələrinin apellyasiya şikayətinə baxacaq hakimlərin tərkibi dəyişdirilib

Cəmiyyət Materials 20 İyul 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Müstəqil Azərbaycan Universiteti (MAU) tələbələrinin apellyasiya şikayəti üzrə məkəmə prosesi təxirə salınıb. Tələbələrin nümayəndəsi İntiqam Əliyev cümə günü Trend ə bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin yeni fəaliyyətə başlaması və prosesə çıxan hakimlərin tərkibinin dəyişməsi ilə əlaqədar olaraq proses iyulun 24-yə keçirilib. Prosesə yenə də hakim Mirzə Tağızadə sədrlik edəcək.

Müstəqil Azərbaycan Universitetinin 250-ə yaxın tələbəsi Təhsil Nazirliyi və Müstəqil Azərbaycan Universitetinə qarşı təhsil hüququnun bərpası barədə iddia üzrə Binəqədi rayon məhkəməsinin 22 yanvar 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti veriblər. Ötən prosesdə tələbələr tələblərinə dəyişiklik edərək cavabdeh qismində yalnız Təhsil Nazirliyinin tanınmasını və təhsil hüquqlarının bərpası ilə yanaşı cavabdehin qanunsuz hərəkəti nəticəsində onlara vurulan maddi və mənəvi ziyanın əvəzi kimi Nazirlikdən hər birinin xeyrinə 25 min AZN tutulmasını xahiş ediblər.

Xəbər lenti

Xəbər lenti