...

"Xəzər" Zaqrebə yollanıb

Cəmiyyət Materials 23 İyul 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər" futbol klubu Çempionlar liqası çərçivəsində "Dinamo" ilə cavab görüşü keçirmək üçün Zaqrebə yollanıb. Oyun iyulun 24-də keçiriləcək.

Lənkəran klubunun rəsmi saytının yaydığı məlumata əsasən, komanda Xorvatiyaya çarter reysi ilə yollanıb. Heyətə 70 nəfər daxildir. Futbolçular və klub rəhbərliyindən başqa Zaqrebə həmçinin azarkeşlər gedib. Xatırladaq ki, Bakıdakı görüş 1:1 hesabı ilə yekunlaşıb.

İyulun 23-də komanda üzvləri "Şeraton" otelində yerləşəcək, matç isə "Maksimir" stadionunda baş tutacaq. Bu arenada Avro-2008-in final mərhələsinə yaxın olan Xorvatiya yığması öz oyunlarını keçirir.

Xəbər lenti

Xəbər lenti