...

Əfvlə bağlı siyahı Azərbaycan prezidentinə məzuniyyətdən qayıtdıqdan sonra təqdim olunacaq

Cəmiyyət Materials 23 İyul 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Növbəti əfv fərmanının imzalanması üçün Prezident yanında Əfv Komissiyasının iclasları davam edir və indiyə qədər 100-dən artıq müraciətə baxılıb. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında Əfv Komissiyasının üzvü Vaqif Səmədoğlu məlumat verib. Onun sözlərinə görə, Əfv Komissiyasının hazırladığı yekun siyahı Azərbaycan prezidenti məzuniyyətdən qayıtdıqdan sonra ona təqdim olunacaq.

Əfv Komissiyasının digər üzvü Azay Quliyev isə açıqlamasında bildirib ki, müraciətlərinə baxılanlar arasında həbsdə olan jurnalistlər də var.

Azərbaycanda 7 jurnalist həbsdədir.

İndiyə qədər Azərbaycanda 40-dan artıq əfv fərmanı imzalanıb. Bunun nəticəsində 4378 nəfər bağışlanıb.

Xəbər lenti

Xəbər lenti