...

Qərbi Azərbaycana Qayıdış Birliyi sədrinin cinayət işi məhkəməyə göndəriləcək

Cəmiyyət Materials 23 İyul 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbovun barəsindəki cinayət işi bu həftə baxılması üçün Sumqayıt şəhər məhkəməsinə göndəriləcək. Talıbovun vəkili Telman Novruzzadə bazar ertəsi Trend ə bildirib ki, cinayət işininn materialları ilə tanışlıq artıq yekunlaşıb. Ittaham aktı təsdiq olunması üçün prokurorluğa göndərilib. Talıbova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb.

Talıbov bir müddət öncə mətbuata verdiyi məlumatda özünü həbsdə olan jurnalist hesab edib.

Xəbər lenti

Xəbər lenti