...

Azərbaycanın islamşünas alimi: "Türkiyə, Azərbaycan kimi müsəlman ölkələrində dinin dövlətdən ayrılması cəmiyyətin inkişafını təmin edir"

Cəmiyyət Materials 23 İyul 2007 18:05 (UTC +04:00)
Azərbaycanın islamşünas alimi: "Türkiyə, Azərbaycan kimi müsəlman ölkələrində dinin dövlətdən ayrılması cəmiyyətin inkişafını təmin edir"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyədə yenidən hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının islamçı partiya kimi təqdim olunması düzgün deyil. Bu barədə Qafqaz Strateji Araşdırmalar İnstitutunun geomədəniyyət departamentinin direktoru, fəlsəfə elmləri namizədi, islamşünas Elmir Quliyev açıqlama verib.

Onun fikrincə, AKP-nin dünyəvi dövlətçiliyə üstünlük verməsi onun heç də dini təmayüllü partiya olmadığını göstərmir: "Türkiyədə, həmçinin Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır, amma bu o demək deyil ki, onlar islamçıdır. Mənim fikrimcə, AKP islamçı partiya deyil. Çünki partiyanın sədri Ərdoğan nə qədər islama bağlı şəxs olsa da, onun siyasi kursundan, fəaliyyətindən, həmçinin çıxışlarındaELn belə aydın olur ki, o, Türkiyənin dövlət quruluşunda, idarəçiliyində dünyəviliyi qoruyub saxlamaq niyyətindədir"- deyə Quliyev qeyd edib.

O, həmçinin əlavə edib ki, Türkiyə, Azərbaycan kimi müsəlman ölkələrində dinin dövlətdən ayrılması cəmiyyətin inkişafını təmin edir. Çünki dinin dövlət siyasətində mərkəzi amilə çevrilməsi bir çox mənfi nəticələrə gətirib çıxara bilər. İslamşünas alim qeyd edib ki, din yüksək mənəviyyatı qoruyan dəyərlər sistemidirvə ondan siyasi alət kimi istifadə etmək doğru olmazdı: "Mən istəməzdim ki, müasir Azərbaycanda islamçı partiya hakimiyyətdə olsun. Azərbaycan polietnik dövlətdir və cəmiyyətdə sabitliyi, plüralizmi, demokratikliyi təmin etmək üçün dünyəvi dövlətçilikdən başqa bir yol görmürəm"-deyə filosof vurğulayıb.

Xəbər lenti

Xəbər lenti