...

Yazıçı Natiq Rəsulzadə yeni ssenari təqdim edib

Cəmiyyət Materials 24 İyul 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Keçən həftə rejissoru Elxan Qasımov olan "Biz qayıdacağıq" filminin təqdimatı oldu. Filmin ssenari müəllifi tanınmış yazıçı Natiq Rəsulzadədir. Natiq müəllimin TrendLife-a verdiyi məlumata görə, o, Mədəniyyət və Turizm Nazirliyinə daha bir ssenari verib.

Natiq müəllimin dediyinə görə, ssenari "Xortdan insan" adlanır. "Burda balaca bir adamın incəsənət aləmində mühüm yer tutmasından danışılır. Bura yüz faiz onun yeri olur. Sadəcə ətrafın ona etdiyi təzyiq üzündən sferanı dəyişib, pul qazanmağa başlayır. O, biznesə girişir. Sonda isə təbii ki, həyatını dəyişir".

Onu da qeyd edək ki, povest "Zerkalo" qəzetində dərc olunub.

Xəbər lenti

Xəbər lenti