...

Xarici ölkələrin ali məkbəblərinə daxil olan azərbaycanlı namizədlərlə müsahibə keçirilib

Cəmiyyət Materials 24 İyul 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində çərşənbə axşamı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 27 nəfər tələbə ilə müsahibə keçirilib. Bu barədə TQDK mətbuat xidmətindən məlumat verilib.

TQDK sədri Məleykə Abbaszadə, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın iştirakı ilə İşçi qrupu tərəfindən aparılan müsahibədə xarici ölkələrin ali məktəblərinin bakalavr və magistr pillələrinə müstəqil şəkildə daxil olan, təhsil almaq üçün dəvət alan və hazırda təhsil alan 27 nəfər iştirak edib.

Müsahibənin nəticəsi barədə rəy Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyaya yekun qərar qəbul edilməsi üçün təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti