...

"Bizim yol" qəzetinin əməkdaşı Nərimanov rayon polis idarəsində saxlanılır

Cəmiyyət Materials 25 İyul 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov hazırda Nərimanov rayon polis idarəsində saxlanılır və ona hər hansı fiziki işgəncə verilməyib. Bu barədə çərşənbə günü "Bizim yol" qəzeti redaksiyasının yazdığı bəyanatda bilirilib.

Qəzet kollektivi bəyan edir ki, jurnalistin peşə fəaliyyəti göstərdiyi zaman vəzifəli olub-olmamasından asılı olmayaraq hər hansı vətəndaşdan əvəzsiz qiymətli hədiyyə və xidmət qəbul etməsi tamamilə yolverilməzdir, qanunvericiliyə və peşə etikasına tamamilə ziddir: "Buna görə də Müşfiq Hüseynov belə bir əməl törədibsə, bunu mənfi qiymətləndiririk, əgər istintaq prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əməli sübuta yetirilərsə, redaksiyamız buna adekvat qiymət verəcək. Biz Müşfiq Hüseynovun belə bir əməli törətməsinə inana bilmirik. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan biz də Müşfiq Hüseynovun günahkar olub-olmadığını deyə bilmərik. Bunu istintaq və məhkəmə ortaya çıxaracaq".

"Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Tofiq oğlu Hüseynov iyulun 24-də günorta saatlarında xüsusi əməliyyat nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilib. Respublika Prokurorluğunun məlumatına görə, Müşfiq Hüseynov vəzifəli şəxsdən 3500 ABŞ dolları məbləğində rüşvət alarkən yaxalanıb. Səbail rayon Məhkəməsi Müşfiq Hüseynovun üç ay müddətinə həbs olunması haqda qərar çıxarıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti