...

Tükdilli dövlətlərin təhsil nazirlikləri nümayəndələrinin görüşü keçirilir

Cəmiyyət Materials 25 İyul 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Tükiyənin İstanbul şəhərində 16 ölkənin Təhsil nazirlikləri nümayəndələrinin iştirakı ilə "Türk mədəniyyəti və milli təhsil sistemi" adlı beynəlxalq seminar işinə başlayıb. Bu barədə çərşənbə günü Trend ə telefon vasitəsilə Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın 15 nəfərdən ibarət nümayəndə heyətinin qatıldığı toplantıda milli təhsil sistemlərində təcrübə məsələləri müzakirə edilir. Baş konsul bildirib ki, seminarda ortaq türk dilinin yaradılmasının zərurətə çevrilməsi barədə də fikir mübadiləsi aparılıb.

Türkiyə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Tacikistan, Kosovo, Tatarıstan, Albaniya və digər dövlətlərin nümayəndələri iştirak edir.

Seminar avqustun 10-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti