...

Cabir Novruzun yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 25 İyul 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul \müx.TrendLife Günel Əhmədova/Cabir Novruzun gələn il tamam olacaq 75 illiyi münasibətilə bir sıra tədbirlər həyata keçiriləcək. C.Novruz Fondunun rəhbəri Müşfiq Cabiroğlunun TrendLife-a verdiyi məlumata görə, yubileyin hazırlığına sentyabrdan etibarən başlanılacaq. Həmin ərəfədə ədibin əsərlərinin, tərcümə kitablarının nəşrinə start veriləcək. Həmin toplulardan biri isə ingilis dilinə tərcümə ediləcək. Şairin anadan olduğu gün isə böyük yubiley tədbiri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti